Pressa.az » Dünya » Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - Mütəxəssis rəyi

Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - Mütəxəssis rəyi

05 may 2026, Çərşənbə axşamı, 09:29
Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - Mütəxəssis rəyi

"Gündə bir dəfə qidalanma orqanizmdə mənfi biokimyəvi dəyişikliklərə və fəaliyyət pozuntularına səbəb ola bilər".

Liderxeber.az xəbər verir ki, bu barədə sağlam qidalanma üzrə mütəxəssis Yekaterina Kim "RIA Novosti"yə müsahibəsində xəbərdarlıq edib.

"Gündə bir dəfə yemək norma deyil. İnsanın zəif nöqtəsi haradırsa, pozuntular da məhz orada baş verəcək", - deyə o bildirib. Ekspert arıqlamaq məqsədilə bu üsuldan istifadə etməməyə çağırıb.

Y.Kim izah edib ki, orqanizm qida qəbulunun kəskin azaldılmasını stres kimi qəbul edir. Bu isə maddələr mübadiləsinin yavaşlamasına və daxil olan kalorilərin (enerjinin) ehtiyat kimi yığılmasına səbəb olur. Digər bir mənfi amil isə qidalanma rejiminin pozulmasından qaynaqlanan sinir gərginliyidir.

Mütəxəssisin sözlərinə görə, yaranan stres bədəndə tibbi müdaxilə tələb edə biləcək mənfi biokimyəvi dəyişikliklərə yol açır. O vurğulayıb ki, çəki itirmək prosesi tədricən və sistematik pəhriz dəyişiklikləri tələb edir.

Ekspert xəbərdarlıq edib ki, qəfil məhdudiyyətlər çox vaxt yorğunluğa, pis əhvali-ruhiyyəyə, halsızlığa və qısa müddətdə yenidən çəki artımına səbəb olur.