Pressa.az » Dünya » ABŞ və İran memorandum imzalamağa yaxındır

ABŞ və İran memorandum imzalamağa yaxındır

06 may 2026, Çərşənbə, 14:05
ABŞ və İran memorandum imzalamağa yaxındır

Vaşinqton və Tehran silahlı münaqişənin başa çatdırılması barədə 1 səhifəlik memorandum imzalamağa yaxındır. 

Liderxeber.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ rəhbərliyinin Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatını dayandırmaq barədə qərarı danışıqlarda əldə olunan irəliləyişlə bağlıdır.

Memorandumun layihəsi ABŞ tərəfindən təqdim olunan və regionda hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması, İranın nüvə proqramı və ABŞ sanksiyalarının aradan qaldırılması perspektivləri barədə 30 günlük danışıqlar dövrünün başlanmasını nəzərdə tutan 14 bəndlik plana əsaslanır.