Pressa.az » Dünya » Tramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdı

Tramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdı

06 may 2026, Çərşənbə, 15:17
Tramp Hörmüz boğazında "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırdı

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiləri müşayiət edən "Azadlıq layihəsi" əməliyyatının qısamüddətli dayandırıldığını bildirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, qərar İranla razılaşma və müqavilə imzalamaq imkanlarını qiymətləndirmək üçün verilib.

"Pakistan və digər ölkələrin xahişlərinə, İranla tam və yekun razılaşma istiqamətində əhəmiyyətli irəliləyişin əldə edilməsinə əsaslanaraq, blokadanın tam qüvvədə qalmasına baxmayaraq, "Azadlıq layihəsi" əməliyyatını müvəqqəti dayandırmaq barədə qarşılıqlı razılığa gəldik", - deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, Tramp mayın 3-də "Azadlıq layihəsi" əməliyyatına start verildiyini açıqlamışdı.