Pressa.az » Dünya » Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Moskvada mobil internet 1 günlük tam söndürüləcək

07 may 2026, Cümə axşamı, 11:54
Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. 

Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib.

“Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək”, - nazirliyin bəyanatında deyilir. 

Bununla yanaşı qeyd olunub ki, mayın 7-8-də Moskvada mobil internetin məhdudlaşdırılması planlaşdırılmasa da, təhlükəsizlik təhdidləri yarandığı təqdirdə operativ məhdudiyyətlər tətbiq oluna bilər.