Dünyaca məşhur cizgi filmi kino versiyası ilə gəlir
Rusiyanın məşhur "Maşa və ayı" serialının yaradıcısı Oleq Kuzovkov sözügedən cizgi filmi əsasında tammetrajlı film çəkəcəyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Kuzovkov bildirib ki, komandası orijinal layihənin xoşməramlı komediya üslubunu qoruyaraq, "Maşa və ayı" personajlarının yenilənmiş versiyasını qlobal auditoriyaya təqdim etməyi planlaşdırır.
Onun sözlərinə görə, filmin 2028-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.
"Maşa və ayı" cizgi filmi ilk dəfə 2009-cu ilin yanvarında ekranlara çıxıb. Layihə həm Rusiyada, həm də ölkə xaricində böyük populyarlıq qazanıb.
Cizgi filmi dünyanın müxtəlif ölkələrinin telekanallarında yayımlanıb və geniş tamaşaçı auditoriyası əldə edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
19 yanvar 2026, Bazar ertəsi
Qanuna yeni anlayışlar əlavə olunur - Yerli prodüser, xarici prodüser...
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”
