Hörmüzdən asılılığı bu yolla azaltmaq istəyirlər
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni neft kəmərini istismara verməyi planlaşdırır.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə 2027-ci ilə qədər Füceyra limanı üzərindən neft ixracını ikiqat artırmağı nəzərdə tutur.
Bu məqsədlə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ADNOC şirkətinə “Qərb-Şərq Boru Kəməri” layihəsini sürətləndirməyi tapşırıb.
Qeyd edək ki, hazırda Körfəz ölkələrindən yalnız BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərlərinə malikdir. BƏƏ-də fəaliyyət göstərən Əbu-Dabi xam neft boru kəməri gündəlik 1,8 milyon barelə qədər neft ötürə bilir. Bu kəmər ölkəyə Hörmüz boğazından keçmədən Oman körfəzi üzərindən birbaşa ixrac imkanı yaradır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
