Pressa.az » Dünya » ABŞ-də İslam Mərkəzinə silahlı hücum - 5 ölü

ABŞ-də İslam Mərkəzinə silahlı hücum - 5 ölü

19 may 2026, Çərşənbə axşamı, 08:46
ABŞ-də İslam Mərkəzinə silahlı hücum - 5 ölü

ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə silahlı hücum edilib.

Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

San-Dieqo Məscidinin imamının verdiyi məlumata görə, hücum zamanı üç nəfər ölüb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) isə 17 və 19 yaşlı iki hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

Hadisədən sonra yaralılar San-Dieqodakı Şarp Memorial Xəstəxanasına çatdırılıb.

“Təcili yardım prosedurlarımız aktivləşdirilib və hadisəyə operativ reaksiya vermək üçün San-Dieqo hakimiyyəti və digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə işləyirik”, - xəstəxananın sözçüsü Alisiya Kuk bildirib.