Aİ-dən İrana zərbə: Hörmüz boğazına görə yeni sanksiyalar qəbul edilir
Avropa İttifaqı Hörmüz boğazının bağlanması ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyalar mexanizmini hazırlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Aİ Şurasının qəbul etdiyi qərarda bildirilib.
"Aİ Şurası bu gün Rusiyaya hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək qərarına gəlib. Yeni və əlavə edilmiş sanksiya rejimi Yaxın Şərqdə gəmiçilik azadlığına təhlükə yaradan İranın hərəkətləri ilə əlaqəli olan təşkilatlara və fiziki şəxslərə qarşı da yönəldiləcək", - deyə sənəddə qeyd olunub.
Aİ Şurasının mövqeyinə görə, İranın Hörmüz boğazındakı addımları beynəlxalq hüquq normalarına ziddir.
Yeni mexanizm çərçivəsində hələlik heç bir xüsusi tədbir həyata keçirilməyib, bu addımlar gələcəkdə tətbiq olunacaq. Sanksiyalar ənənəvi olaraq Avropa İttifaqı ərazisinə girişin qadağan edilməsini və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutacaq.
