Pressa.az » Dünya » İrandan sərt xəbərdarlıq: ABŞ-nin hücumlarına cavab olaraq neft 200 dollar olacaq

İrandan sərt xəbərdarlıq: ABŞ-nin hücumlarına cavab olaraq neft 200 dollar olacaq

26 may 2026, Çərşənbə axşamı, 09:30
İrandan sərt xəbərdarlıq: ABŞ-nin hücumlarına cavab olaraq neft 200 dollar olacaq

ABŞ-nin hücumuna cavab olaraq, İran ordusunun "Xatəm əl-Ənbiya" mərkəzi əməliyyat qərargahının sözçüsü İbrahim Zülfüqari neftin bir barelinin qiymətinin 200 dollara çatacağı barədə xəbərdarlıq edib.

Liderxeber.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Zülfüqari qeyd edib ki, Birləşmiş Ştatlar Yaxın Şərq regionunda və İran sərhədləri yaxınlığında öz "hərbi macəralarını" davam etdirdiyi müddətcə, hər hansı bir razılaşmanın əldə olunması mümkün deyil.

"Amerika rəhbərliyi yalnız güc dilindən anladığını dəfələrlə sübut edib. Neftin 200 dollar olmasına hazırlaşın", - deyə Zülfüqari vurğulayıb.

Daha əvvəl "Fox News" telekanalının müxbiri Cennifer Qriffin Mərkəzi Komandanlığın (CENTCOM) sözçüsü kapitan Tim Hokinsə istinad edərək, ABŞ hərbçilərinin İranın cənubundakı raket buraxılış mövqelərinə və qayıqlara zərbələr endirdiyini açıqlamışdı. Yüksəkvəzifəli ABŞ rəsmisinin jurnalistə verdiyi məlumata görə, iki İran qayığı Hörmüz boğazında minalama əməliyyatı həyata keçirərkən aşkar edilib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə Amerika ordusunun hücumlarından sonra İranla mövcud atəşkəs rejiminin qüvvədə qaldığını bəyan edib.