Kanada viza müraciətlərinə məhdudiyyət qoydu
Kanada Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudan vətəndaşlarının miqrasiya sənədlərinin qəbulunu müvəqqəti dayandırıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Kanadanın Vətəndaşlıq və Miqrasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu addım sözügedən ölkələrdə Ebola qızdırmasının yayılması ilə bağlı narahatlıqlar fonunda və bu xəstəliyin Kanadaya yayılmaması üçün atılıb. Bu gündən qüvvəyə minən məhdudiyyətlər daimi və müvəqqəti yaşayış vizalarına şamil edilir.
Qeyd edək ki, daha əvvəl Vaşinqton son 21 gün ərzində adıçəkilən ölkələrə səfər etmiş əcnəbilərin ABŞ-yə girişini qadağan edib.
