ABŞ səfirliyi Kiyevi tərk edib
ABŞ-nin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevi tərk edib.
Liderxeber.az xəbər verir ki, bunu Kiprdə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bütün səfirlikləri isə Kiyevdə qalıb:
“Ukrayna tərəfindən dünən bildirildiyinə əsasən, bütün səfirliklər qalıb, yalnız birindən başqa. Avropa ölkələri qalıb, ABŞ tərk edib”.
Qeyd edək ki, mayın 25-də Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkə ordusu Starobelskdə kollecə edilən hücuma cavab olaraq Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə zərbələr endirməyə başlayır. Nazirlik xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları və beynəlxalq təşkilatların nümayəndələrini Kiyevi mümkün qədər tez tərk etməyə çağırıb. Aİ isə diplomatlarını təxliyə etməkdən imtina edib.
