Rumıniyada PUA yaşayış binasına çırpıldı - Yaralılar var
Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatı (PUA) partlayışa və yanğına səbəb olub.
Liderxeber.az xəbər verir ki, bu barədə “Mediafax” agentliyi məlumat yayıb.
Məlumata görə, dronun binaya çırpılması nəticəsində güclü partlayış dalğası yaranıb və dərhal mənzillərdən birində yanğın alovlanıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın tamamilə söndürülüb.
Qeyd olunub ki, fövqəladə vəziyyətlə əlaqədar olaraq binadan təxminən 70 sakin təcili şəkildə təxliyə edilib və ərazi nəzarətə götürülüb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 may 2025, Şənbə
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB
18 oktyabr 2024, Cümə
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4
03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3
