Moldova Rusiya ilə vizasız rejimi ləğv edir?
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir.
Liderxeber.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu iddia ilə Moldova parlamentinin deputatı Boqdan Tırdya çıxış edib.
O, hazırda bu məsələnin kuluarlarda müzakirə olunduğunu deyib.
“İki il əvvəl kim düşünərdi ki, Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq? Yaxud bizdə 9 May Avropa Günü olacaq? Yaxud Georgi lenti taxanlar 1000 dollar cərimə olunacaq? Bu, bir növ sürrealizm kimi görünürdü. Amma bu gün bütün bunlar reallıqdır”, - Boqdan Tırdya bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
