Hörmüz üzərində 4 İran PUA-sı vuruldu
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, pilotsuz aparatların regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaratdığı qiymətləndirilib və onlar ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bundan sonra ABŞ ordusu İranın cənub sahillərində yerləşən müşahidə radar sistemlərinə zərbələr endirib. Hədəflər arasında Qoruk bölgəsi və Qəşm adasındakı radar qurğularının olduğu bildirilib.
ABŞ tərəfi əməliyyatın mümkün yeni hücumların qarşısını almaq məqsədilə müdafiə xarakteri daşıdığını bəyan edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
