Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron hücumuna məruz qalıb.
Liderxeber.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Beqlov “Max” sosial şəbəkəsindəki hesabında yazıb.
“Sankt-Peterburq iyunun 6-da səhər saatlarında hərbi təyinatlı pilotsuz uçuş aparatlarının genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri fəaliyyət göstərir”, - o bildirib.
Beqlov, həmçinin şəhər sakinlərini evlərində qalmağa və küçəyə çıxmamağa çağırıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
08 sentyabr 2025, Bazar ertəsi
CƏMİYYƏT “CineMastercard”da çoxdan gözlənilən filmin nümayişi baş tutdu
