İran İsraili bu raketlərlə vurub
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı bərk yanacaqlı ballistik raketlərdən istifadə edib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil raketlərinə aid olan “Xeybərşəkan”ın uçuş məsafəsi 1 450 kilometr, çəkisi 4,5 ton, uzunluğu isə 10 metrdir. Bu raket düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini yarmaq üçün unikal texniki xüsusiyyətlərə malikdir.
Oxşar Xəbərlər:
30 aprel 2025, Çərşənbə
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
