Pressa.az » Dünya » Trampdan İranla İsrailə - Çağırış

Trampdan İranla İsrailə - Çağırış

08 iyun 2026, Bazar ertəsi, 15:16
Trampdan İranla İsrailə - Çağırış

ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və İrana çağırış edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə Trampın “Truth Social” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.

“İsrail və İran dərhal atəşi dayandırmalıdır”, - deyə o bildirib. 

Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. Raketlərin hamısı hava hücumundan müdafiə vasitələri tərəfindən zərəsizləşdirilib. Bu gün isə İsrail İranda hərbi hədəflərə hava zərbələri endirib.