BVF Ermənistana 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın partiyasının parlament seçkisindəki qələbəsindən sonra Ermənistana təqribən 25.1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq edib.
Liderxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib. Qeyd olunub ki, Ermənistana 18.4 milyon dollar xüsusi borcalma hüququna (SDR) bərabər məbləğ veriləcək. Əvvəlki tranş da nəzərə alınmaqla, proqram çərçivəsində əldə edilə bilən maliyyələşmənin ümumi həcmi təqribən 50.2 milyon dollara çatacaq.
BVF-dən qeyd edilib ki, Ermənistan hökuməti müvafiq razılaşmanı hələ də profilaktik dəstək mexanizmi kimi dəyərləndirir və ayrılmış vəsaitlərdən yalnız ciddi zərurət yarandığı halda istifadə etməyi planlaşdırır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
