İran ABŞ-dən qoşunlarını Yaxın Şərqdən çıxarmağı tələb etdi
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq ölkələrindən çıxarmağa çağırıb.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə Abbas Əraqçı öz "X" hesabında yazıb.

"Bizim silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsizlikdə olmaq istəyirsinizsə, bölgəmizi tərk edin", - deyə o bildirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində ABŞ-yə məxsus "Apache" helikopterinin vurulmasından sonra İrana zərbələr endirildiyini bildirmişdi. Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına hücum etmişdi.
Oxşar Xəbərlər:
09 iyn 2026, 09:00
10 iyn 2026, 09:26
10 iyl 2024, 15:03
