Pressa.az » Dünya » Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi

Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi

12 iyun 2026, Cümə, 08:34
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi

Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən sərnişin təyyarəsi Antalya Hava Limanında dayanacaq yerinə hərəkət edərkən insidentlə üzləşib.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “TK2430” reysi ilə uçan və “TC-LKD” qeydiyyat nişanlı “Boeing 777” tipli təyyarənin sağ qanadı yerüstü radar antenasının dirəyinə toxunub.

Hadisə ilə bağlı açıqlama verən THY-nin Kommunikasiya Direktoru Yəhya Üstün bildirib ki, təyyarədə olan 267 sərnişin təhlükəsiz şəkildə təxliyə olunub.

Onun sözlərinə görə, insident zamanı bir sərnişin yüngül xəsarət alıb. Onun səhhətinin yaxşı olduğu bildirilir.

Hadisədən sonra təyyarə istismardan çıxarılıb, ərazi təhlükəsizlik nəzarətinə götürülüb. İnsidentin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün texniki araşdırmaya başlanılıb.