Türkiyədə azərbaycanlı qadın saxlanıldı - Qayınatasını öldürməkdə şübhəli bilinir
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşlı Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb. Davaya çevrilən mübahisə nəticəsində gəlin M.Cicini döyərək yerə yıxıb.
Zərbələr alan yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 oktyabr 2025, Çərşənbə axşamı
Qayınatasını öldürüb maşınla üstündən keçmişdi - 20 il həbs verildi
