Zelenski Trampla görüşdü - Fotolar
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında görüş baş tutub.
Liderxeber.az xəbər verir ki, Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdən çəkilmiş kadrları “Telegram” hesabında paylaşıb.
Görüşdə Ukrayna liderini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentini isə Dövlət katibi Marko Rubio müşayiət edib.
“Mövqeləri koordinasiya etmək hər zaman vacibdir”, - Zelenski paylaşımında yazıb.
Tramp isə bu görüşün çox yaxşı keçdiyini, həmçinin sammit çərçivəsində Zelenski ilə bir daha görüşəcəyini deyib. Həmin görüşün də bu gün, iyunun 16-sı keçiriləcəyi bildirilir.


Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
