Pressa.az » Dünya » Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri arasında toqquşma oldu

Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri arasında toqquşma oldu

16 iyun 2026, Çərşənbə axşamı, 16:22
Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri arasında toqquşma oldu

DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair oyununa saatlar qalmış Nyu-Yorkda azarkeşlər arasında toqquşma olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Bildirilir ki, başlanğıcda iki ölkənin tərəfdarları arasında münasibət mehriban və xoşniyyətli olub: azarkeşlər mahnılar ifa ediblər, pirotexnika vasitələr yandıraraq əyləniblər.

Ancaq bir neçə saat sonra vəziyyət gərginləşib. Argentina və Əlcəzairin bəzi tərəfdarları qarşılıqlı olaraq bir-birlərini qıcıqlandırmağa və təhqir etməyə başlayıblar. Nəticədə bu hal qısa zamanda kütləvi davaya çevrilib.

Nyu-York polisi operativ şəkildə hadisəyə müdaxilə edib və tərəfləri ayırıb.

"RMC Sport"un məlumatına əsasən, insident zamanı ən azı bir nəfər saxlanılıb. Xəsarət alanlar və saxlanılanlarla bağlı rəsmi rəqəmlər açıqlanmayıb.

Qeyd edək ki, J qrupunun Argentina - Əlcəzair görüşü iyunun 17-də saat 5:00-da başlayacaq.