Pezeşkian Pakistana gedir
İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Prezident ofisinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.
“Səfər sabah baş tutacaq və ehtimal ki, birgünlük olacaq. Səfərin səbəblərindən biri İran və ABŞ arasında danışıqlarda vasitəçilik səylərinə görə Pakistana minnətdarlıq ifadə etməkdir”, - o bildirib.
Məlumata görə, səfər zamanı həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
