Pressa.az » Dünya » Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var

Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var

29 iyun 2026, Bazar ertəsi, 14:48
Dneprdə özəl müəssisəyə zərbə endirildi: Ölənlər və yaralananlar var

İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sosial şəbəkə paylaşımına istinadla məlumat yayıb.

"Özəl şirkətə ziyan dəyib. İlkin ehtimallara görə, xəsarət alanlar mövcuddur", - deyə A.Qanja yazıb.

Daha sonra o, 22 yaşlı bir kişinin vəziyyətinin ağır olaraq qiymətləndirildiyini bildirib:

"Tibb işçiləri zərərçəkənlərə bütün zəruri yardımları göstərirlər. Dəqiqləşdirilmiş məlumatlara əsasən, azı 20 nəfər yaralanıb. Dörd nəfər isə həlak olub".