Azərbaycan nümayəndə heyəti İrandadır
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün artıq Tehrandadır.
Liderxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, onları hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədri Sahibə Qafarova, baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmi şəxslər daxildirlər.
