Pressa.az » Dünya » Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı artdı

Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı artdı

11 iyul 2026, Şənbə, 09:48
Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı artdı

Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Liderxeber.az "Dobol B TV"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə İdarəsi rəhbərinin müavini Bernardo Alexandro açıqlama verib.

"Əldə olan məlumatlara əsasən, 17 nəfər həyatını itirib. Qurbanların əksəriyyəti Saranqani əyalətinin Malapatan bələdiyyəsinin payına düşür", - deyə o bildirib. Bir neçə şəxs itkin düşmüş hesab edilir, hazırda bu məlumatlar dəqiqləşdirilir.

Təbii fəlakət ölkə miqyasında 112 min ailəyə ziyan vurub. Ölüm hallarının əksəriyyəti aramsız yağışların yaratdığı torpaq sürüşmələri səbəbindən qeydə alınıb. Mövcud 77 təxliyə mərkəzinə 2.9 min ailə (və ya təxminən 11 min nəfər) yerləşdirilib. Filippinin silahlı qüvvələri, polis, yanğınsöndürmə və sahil mühafizə xidmətləri gücləndirilmiş iş rejiminə keçib.