BTQ ilə bu Afrika ölkəsinin dövlət qurumu arasında - Memorandum
Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Liderxeber.az xəbər verir ki, sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun" baş direktoru Filip Sandvidi imzalayıblar.
Qeyd olunub ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır.
Oxşar Xəbərlər:
23 apr 2025, 10:38
26 may 2025, 10:26
30 avq 2025, 17:07
03 iyn 2024, 10:05
