Pressa.az » Dünya » “Qonşularımıza hücum etməmişik”

“Qonşularımıza hücum etməmişik”

13 iyul 2026, Bazar ertəsi, 13:51
“Qonşularımıza hücum etməmişik”

“İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib”. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə deyib.

“Biz regionda heç bir ölkəyə hücum etməmişik. İranın hücumları yalnız ABŞ-nin regiondakı mövqelərinə yönəlib”, - Bəqai bildirib.

Onun sözlərinə görə, Tehran region ölkələrindən ABŞ-yə İrana müdaxilə üçün öz ərazilərindən istifadə etməyə icazə verməmələrini dəfələrlə xahiş edib.  

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin iyulun 13-nə keçən gecə baş tutan hücumlarına cavab olaraq, Tehran ABŞ-nin Bəhreyn, İordaniya və Küveytdə yerləşən bir neçə hərbi bazasına ballistik raketlər və dronlarla zərbələr endirib.