“İslamabad sazişi başa çatdı”
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri fonunda İslamabad sazişinin qüvvədən düşdüyünü açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini deyib.
Bildirilib ki, ABŞ-nin addımları razılaşmanın davam etdirilməsini mümkünsüz edib.
İran ordusu isə ABŞ qüvvələrinin və hərbi təyyarələrinin yerləşdiyi İordaniyadakı Əzraq Hava Bazasına pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı yeni hücum dalğasının başladığını bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, əməliyyatlar “Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarda istifadə edilən İran imkanlarını zəiflətmək” məqsədi daşıyır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 iyul 2026, Çərşənbə axşamı
Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir
