İranda ölənlərin sayı 40-a çatır
ABŞ-nin son günlərdə İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Liderxeber.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, yaralıların sayı 400 nəfəri ötüb.
İran rəsmisi ölənlərdən üç nəfərinin qadın, bir nəfərinin 18 yaşdan kiçik şəxs olduğunu açıqlayıb.
Xatırladaq ki, ABŞ hərbi qüvvələri iyulun 8-dən etibarən İrana qarşı silsilə hücumlar həyata keçirir. İran tərəfi isə buna Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməklə cavab verir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır
