Moskvaya genişmiqyaslı dron hücumu: Yaralılar və ciddi dağıntılar var - FOTO
Ötən gecə Rusiya paytaxtı və Moskva vilayəti kütləvi şəkildə pilotsuz uçuş aparatlarının (PUA) hədəfi olub.
Zərbələr nəticəsində "Wildberries" şirkətinin iri logistika komplekslərindən birində, həmçinin neft anbarında və sənaye zonasında yanğın qeydə alınıb.
Liderxeber.az-ın məlumatına görə, Moskva meri Sergey Sobyanin region istiqamətində 400-dən çox pilotsuz təyyarənin uçduğunu bildirib.
Onun sözlərinə görə, PUA-ların böyük hissəsi uzaq məsafədə zərərsizləşdirilib, 85-i isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Səhər saatlarında sosial şəbəkələrdə Moskva vilayətinin Podolsk şəhərində yanğınların foto və videoları yayılmağa başlayıb. İlkin məlumata görə, Lvovski mikrorayonundakı neft bazası vurulub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
