Pressa.az » Dünya » Vasitəçilər ABŞ və İran arasında 10 günlük atəşkəs təklif etdilər

Vasitəçilər ABŞ və İran arasında 10 günlük atəşkəs təklif etdilər

20 iyul 2026, Bazar ertəsi, 17:05
Vasitəçilər ABŞ və İran arasında 10 günlük atəşkəs təklif etdilər

ABŞ və İran arasında danışıqlar üzrə vasitəçi dövlətlər müvəqqəti sazişin yenidən qüvvəyə minməsi yollarını nəzərdən keçirmək məqsədilə 10 günlük atəşkəs elan olunmasını irəli sürüblər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İrandakı mənbəyə əsaslanaraq məlumat yayımlayıb.

Mənbənin sözlərinə görə, vasitəçi tərəflər Tehrana ABŞ ilə hərbi münaqişənin səngiməsinə dair təklif təqdim ediblər.

ABŞ-İran böhranının növbəti gərginləşmə mərhələsi iyulun 8-dən etibarən start götürüb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İslam Respublikasının ərazisinə bir neçə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla barışıq anlaşmasının ləğv olunduğunu bəyan edib.