Atasını donuz bilib güllələyərək öldürdü
Bağ-bostanını vəhşi qabanlardan qorumaq üçün gözətçilik edərkən atasını çöl donuzu bilib güllə vuraraq öldürüb.
Ölkə.az xəbər verir ki, hadisə Türkiyənin Aydın bölgəsinin Bozdoğan rayonunun Kazandərə yaşayış məntəqəsində baş verib.
Belə ki, 70 yaşlı ata 37 yaşlı oğlu ilə birlikdə əncir bağında gözətçilik edirmiş. Ata oğlundan xəbərsiz bir müddətliyə olduğu yerdən ayrılır və geri qayıdanda oğlu bir qaraltının ona doğru hərəkət etdiyini görür. İddiaya görə, oğul qaranlıqda hərəkətdə olanın insan və ya heyvan olduğunu ayırd edə bilməyib. Atasını çöl donuzu ilə səhv salan oğul ov tüfəngindən atəş açıb. Nəticədə kişi həyataını itirib.
37 yaşlı oğul isə atasını təsadüfən vuraraq öldürdüyü iddiası ilə həbs edilib.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
30 mar 2026, 13:26
21 iyn 2025, 15:37
