Xəzəryanı ölkələr İrana toplanır
Xəzəryanı dövlətlərin yeddinci Zirvə toplantısı 2026-cı ilin avqust ayının ikinci ongünlüyündə Tehranda keçirilməsi nəzərdə tutulsa da, sammitin sentyabrda keçirilməsi planlaşdırılır.
Bu barədə açıqlama verən İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, sentyabr ayında İran beş Xəzəryanı dövlətin yüksək vəzifəli şəxslərinin iştirakı ilə konfransa ev sahibliyi edəcək.
Nazir müavini bildirib ki, Xəzəryanı ölkələrin razılığı ilə Tehranda konfransın keçirilməsi üçün şərait yaradılıb və sentyabrın 23-də beş sahilyanı dövlətin yüksək səviyyəli nümayəndələri səviyyəsində görüş planlaşdırılır.
Diplomat vurğulayıb ki, sahilyanı ölkələrin Tehranda iştirakı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək, ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirmək, fikir mübadiləsi aparmaq və gələcəkdə daha konstruktiv qarşılıqlı fəaliyyət üçün zəmin yaratmaq üçün bir fürsət ola bilər.
“Düz 23 il əvvəl, məhz bu gün Tehranda beş Xəzəryanı ölkə Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını, yəni Tehran Konvensiyasını imzalayıb və bu, sənədin tətbiqinin 20-ci ildönümüdür”, - iranlı diplomat qeyd edib.
Qaribabadi onu da qeyd edib ki, regionda baş verən son hadisələr, xüsusən də İsrail və ABŞ-nin İrana qarşı müharibəsinin nəticələri Xəzər dənizinin geosiyasi və strateji əhəmiyyətini bir daha ortaya qoyub.
O əlavə etdi ki, Xəzər təhlükəsizliyi ilk növbədə regional və daxili məsuliyyətdir və bu təhlükəsizlik sahilyanı ölkələr tərəfindən razılaşdırılmış mexanizmlər vasitəsilə təmin edilməli və qorunmalıdır.
Qeyd edək ki, Xəzəryanı dövlətlərin yeddinci zirvə toplantısı 12 avqust 2026-cı ildə Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda keçirilməsi elan edilsə də, bölgədə baş verən müharibə səbəbindən tədbirin keçirilməsi təxirə salınaraq sentyabra keçirilib. (olke.az)
