Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı - Fotolar
Bu gün səhər saatlarında Türkiyənin Adana şəhərində “Furkan Vakfı” adlı dini icmaya qarşı əməliyyat həyata keçirilib.
Liderxeber.az “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində aralarında vəqfin təsisçisi, tanınmış din xadimi Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul olmaqla çox sayda şəxs saxlanılıb.
Məsələ ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Akın Gürlek ümumilikdə Adanada eyni anda 49 ünvanda əməliyyat həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, araşdırma çərçivəsində sözügedən təşkilatın lehinə fəaliyyət göstərən 349 sosial media hesabı da bağlanıb.
Sözügedən təşkilatın cinayət tərkibli fəaliyyətlərinin olduğu iddia edilir.


Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 fevral 2025, Bazar ertəsi
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib
