Rusiyadan Kiyevə kütləvi raket hücumu: Azı 15 nəfər öldü, xeyli yaralı var
Avqustun 20-nə keçən gecə Rusiya ordusunun endirdiyi zərbələr səbəbindən Kiyevdə ölənlərin sayı 15 nəfərə çatıb.
Liderxeber.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko özünün "Telegram" hesabında məlumat paylaşıb.
"Tibbi personalın verdiyi məlumata əsasən, Rusiya Silahlı Qüvvələrinin Kiyevə etdiyi kütləvi hücum nəticəsində artıq 15 nəfər həlak olub", - deyə şəhər rəhbəri bildirib.
Avqustun 20-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində azı 12 nəfər həlak olub, daha 33 nəfər yaralanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna paytaxtının meri Vitali Kliçko açıqlayıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücumun fəsadları şəhərin bir neçə rayonunda 12-dən çox məkanda qeydə alınıb. Yaşayış binalarına, tibb müəssisəsinə və təhsil ocağına ziyan dəyib.
Bundan əlavə, geniş ərazini əhatə edən anbar binalarında yanğınlar baş verib. Hazırda müvafiq xidmətlər fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
Məlumata görə, Ukrayna paytaxtı ballistik raketlərin hücumuna məruz qalıb. Cəmi 15 dəqiqə ərzində Kiyevə 20-yə qədər raket atılıb. Monitorinq kanallarının qeyd etdiyi kimi, şəhərə eyni vaxtda üç növ ballistik silahla zərbələr endirilib.
Hücumla əlaqədar Kiyevdə matəm elan olunub.
