Portuqaliyada niqab qadağan edildi
Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb.
Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.
Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır.
Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir.
Qaydaları pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Məhdudiyyətlər sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb
11 fevral 2025, Çərşənbə axşamı
"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
