Oman sahillərində neft tankeri vuruldu
Oman sahillərində neft tankerinin vurulduğu bildirilir.
Liderxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilir ki, hadisə Omanın şimal-şərqində, Şisa sahillərindən təxminən 9 dəniz mili məsafədə baş verib.
Naməlum obyektin tankerə dəyməsi nəticəsində gəminin mühərrik otağı zədələnib və tanker istifadəyə yararsız vəziyyətə düşüb.
İlkin məlumata görə, ekipaj üzvlərinin hamısı təhlükəsizlikdədir. Hadisədən sonra dənizin çirklənməsi və ya neft sızması ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 iyul 2026, Çərşənbə axşamı
Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir
