Pakistanda xəstəxanada yanğın - 14 körpə həlak oldu
Pakistanın paytaxtı İslamabadda ölkənin ən böyük dövlət xəstəxanalarından birində yanğın baş verib.
Liderxeber.az “BBC”yə istinadən xəbər verir ki, hadisə tibb müəssisəsinin doğum şöbəsində qeydə alınıb.
Nəticədə, 14 yenidoğulmuş körpə həlak olub. Ölənlərin sayının artacağı istisna edilmir.
İlkin məlumata görə, yanğın xəstəxananın üçüncü mərtəbəsində yerləşən kondisionerin kompressorunun partlaması səbəbindən başlayıb.
Oxşar Xəbərlər:
20 fev 2025, 19:29
06 yan 2026, 16:43
06 fev 2026, 12:06
