Pressa.az » Dünya » Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi

29 avqust 2026, Şənbə, 10:05
Arılar da sərxoş olurmuş - Xəbərdarlıq edildi

İngiltərədə mütəxəssislər yayın sonlarında çürümüş və fermentləşdirilmiş meyvələrlə qidalanan arıların sərxoş olaraq aqressivləşə biləcəyini və bunun insanlara sancma riskini artırdığını bildiriblər.

Liderxeber.az xəbər verir ki, Britaniya Zərərvericilərə Qarşı Mübarizə Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sonlarında fermentləşdirilmiş meyvələrə axın edən arılar spirtin təsiri altında istiqamətlərini itirə və daha aqressiv davrana bilərlər.

Mütəxəssislər xüsusilə İngiltərənin bəzi bölgələrində sakinləri arı sancmalarına qarşı diqqətli olmağa çağırıblar. Çünki sancmalar bəzi insanlarda həyati təhlükə yarada bilən anafilaktik reaksiyaya səbəb ola bilər.

Ətraf mühit üzrə mütəxəssislərin bildirdiyinə görə, işçi arılar yayın sonuna yaxın qışa hazırlıq prosesində əvvəlki qədər aktiv olmur. Bu dövrdə onlar çürümüş və fermentləşdirilmiş meyvələrə yönəlir və həmin meyvələrdə yaranan spirt onların davranışlarına təsir göstərə bilər.

Britaniya Qırmızı Xaç Cəmiyyəti arı sancmasına məruz qalan şəxslərə iynəni dəridən mümkün qədər tez çıxarmağı tövsiyə edir.

Mütəxəssislər nəfəs almaqda çətinlik, üz və boğaz nahiyəsində şişkinlik, başgicəllənmə və digər ciddi allergik əlamətlər yarandıqda təcili tibbi yardım çağırmağın vacib olduğunu vurğulayırlar.