Pressa.az » Dünya » Nepalda ölənlərin sayı 900-ü ötdü

Nepalda ölənlərin sayı 900-ü ötdü

31 avqust 2026, Bazar ertəsi, 13:20
Nepalda ölənlərin sayı 900-ü ötdü

Nepalda ötən həftə baş verən daşqınlarda ölənlərin sayı 903 nəfərə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat ölkənin Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Milli İdarəsinin hesabatında yer alıb. 

Qurumun məlumatına əsasən, itkin düşənlərin sayı 2502-dən 4247-yə çatıb ki, onlar arasında təqribən 600 əcnəbi var. 

Hazırda daşqından zərər görən ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Həmin əməliyyatlara isə təhlükəsizlik qüvvələrinin 20,8 min əməkdaşı cəlb olunub. 

Xatırladaq ki, avqustun 26-da Nepal və Çinin sərhədyanı bölgələrində güclü daşqın baş verib. İlkin ehtimala görə, buna səbəb zəlzələ səbəbindən buzlağın çökməsi olub. Ən son məlumatda ölənlərin sayının 734 olduğu bildirilirdi.