Pressa.az » Dünya » Aclıq hissini necə idarə etmək olar? - Həkimdən məsləhət

Aclıq hissini necə idarə etmək olar? - Həkimdən məsləhət

02 sentyabr 2026, Çərşənbə, 10:07
Aclıq hissini necə idarə etmək olar? - Həkimdən məsləhət

Beyin niyə yemək qoxularına bu qədər kəskin reaksiya verir və iştahanı necə idarə etmək olar?

Liderxeber.az-ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux "RIA Novosti" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, isti yeməyin ətri beynin mərkəzlərinə təsir edir və aclıq hormonu olan qrelin ifrazını artırır. Qanda şəkər səviyyəsi aşağı olduqda və beyin bu səbəbdən enerjini bərpa etmək yollarını axtardığı zaman bu, xüsusilə güclü şəkildə özünü göstərir. İnsan tox olduğu zaman isə eyni qoxu demək olar ki, hiss olunmur.

Lakin şəkərlə qida cazibəsinin gücü arasında birbaşa asılılıq həmişə işləmir. Qidalanma pozuntusu olan insanlarda hətta doyumlu yeməkdən sonra belə qoxu qarşısıalınmaz yemək istəyi yarada bilər. Bu halda qida aclıqla deyil, emosiyalarla mübarizə aparmağa kömək edir.

Yekaterina Kaşux qəfil aclıq hiss etdikdə 10-15 dəqiqəlik fasilə verməyi məsləhət görüb, çünki əsl aclıq tədricən artır, impuls isə adətən yox olur.

Həmçinin əsas qida qəbulu vaxtını ötürməmək de eyni şəkildə vacibdir. Mütəmadi qidalanma iradə gücündən daha yaxşı cazibələrdən qoruyur.

Kifayət qədər zülal, yağ, lif və mürəkkəb karbohidratlarla balanslaşdırılmış rasion həddindən artıq yemək riskini azaldır.

"Beləliklə də, rasionun ümumi keyfiyyətinə diqqəti cəmləmək və gün ərzində uzun fasilələr olmadan qidalanmaq vacibdir. Balanslaşdırılmış rasionda birdəfəlik qida cazibələri böyük ehtimalla, çəki artımına səbəb olmayacaq", - deyə Yekaterina Kaşux qeyd edib.