Bu ölkədə etiraz etmək qadağan olundu
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. “Taliban” bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib.
Liderxeber.az xəbər verir ki, “Taliban”ın sözçüsü Zəbihullah Mücahid açıqlamasında etirazların İslam qanunlarının bir hissəsi olmadığını deyib.
Onun sözlərinə görə, etirazlar demokratiya və respublika kimi idarəetmə sistemlərinə xasdır.
Mücahid bildirib ki, “Taliban”ın idarəetmə sistemində vətəndaşlar narazılıqlarını birbaşa hökumətə çatdıra bilərlər.
Sözçü qadağanın etirazlar zamanı insanların vaxtının itirilməsinin və əmlaka zərər vurulmasının qarşısını almağa xidmət etdiyini söyləyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 sentyabr 2026, Cümə axşamı
Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
