Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmə ehtimalına - Zaxarovadan münasibət
“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.
Liderxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil - öz vətəndaşlarına qarşı etmiş olacaq”, - o deyib.
Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
