Pressa.az » Dünya » “Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”

“Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”

03 sentyabr 2026, Cümə axşamı, 14:07
“Münaqişənin sülh yolu ilə həlli üçün şanslar var”

“Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün şanslar var”.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.

“Lakin bunun üçün ilk növbədə Moskva və Kiyev öz aralarında razılığa gəlməlidir. Bütün digər ölkələr dəstəkləməyə və kömək etməyə hazırdır... Amma bununla belə, nəticə etibarilə və hər şeydən əvvəl bu problemi münaqişə tərəfləri, yəni Rusiya və Ukrayna həll etməlidir. Bu yanaşma düzgündür”, - o deyib.

Putin həmçinin Rusiya və Ukrayna arasında xüsusi xidmət orqanları xətti ilə təmasların davam etdiyini sözlərinə əlavə edib.