Pressa.az » Dünya » Tramp İspaniyanı gözləyən təhlükədən danışdı

Tramp İspaniyanı gözləyən təhlükədən danışdı

04 sentyabr 2026, Cümə, 10:00
Tramp İspaniyanı gözləyən təhlükədən danışdı

"Kütləvi miqrant axını İspaniyanın məhvinə gətirib çıxara bilər".

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "GB News" kanalına verdiyi müsahibə zamanı deyib. Onun sözlərinə görə, dövlət xarabalığa dönmək təhlükəsi qarşısındadır.

Qeyd edək ki, iyulun 30-da Mərakeş, Əlcəzair və Böyük Səhradan cənubdakı ölkələrdən gələn, əsasən gənclərdən ibarət insan axını şəhərə daxil olmaq və Avropa İttifaqından sığınacaq almaq üçün həm quru, həm də dəniz körfəzi vasitəsilə İspaniyanın Seuta anklavına hücum edib. Nəticə etibarilə 80 minə yaxın şəxs sərhədi aşıb, bir çoxları isə Seutaya üzərək çatmağa cəhd edərkən həyatını itiriblər.

Avqustun 25-nə olan vəziyyətə əsasən, İspaniyaya məxsus Seutada təqribən 10 min qanunsuz miqrant qalırdı ki, bu səbəbdən yerli sakinlər küçəyə çıxmağa qorxurdular.