Pressa.az » Dünya » Həmin toya hücumu araşdırırlar

Həmin toya hücumu araşdırırlar

04 sentyabr 2026, Cümə, 13:01
Həmin toya hücumu araşdırırlar

ABŞ İranda toyun keçirildiyi evə zərbə endirilməsi faktınıaraşdırmağa başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. 

Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarının qeydlərini və hədəf seçimi prosedurunu araşdırır, amerikalı rəsmilər isə həmin ərazidə yerləşən həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan rabitə qülləsinə zərbə endirildiyini iddia edirlər.  

Qeyd edək ki, sentyabrın 2-də İranın cənubundakı Sirik şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirilməsi nəticəsində 5 nəfər həlak olub, daha 67 nəfər yaralanıb. İran tərəfi hadisə yerindən götürülmüş ABŞ raketlərinin qalıqlarını nümayiş etdirsə də, Vaşinqton hələlik rəsmi olaraq həmin evə zərbə endirilməsini təsdiqləməyib. CENTCOM sözçüsü Tim Hokins isə ABŞ ordusunun heç vaxt mülki şəxsləri hədəf almadığını açıqlayıb