Pressa.az » Dünya » Nigeriyada universitetin 35 tələbə və əməkdaşı qaçırılıb

Nigeriyada universitetin 35 tələbə və əməkdaşı qaçırılıb

23 sentyabr 2023, Şənbə, 13:58
Nigeriyada universitetin 35 tələbə və əməkdaşı qaçırılıb

Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində silahlı şəxslər universitetin 35 tələbə və əməkdaşını qaçırıblar.

LiderXəbər-in Oxu.az-a istinadən verdiyi məlumata görə, qaçırılanlar Qusau Federal Universitetinin tələbələridir.

Silahlılar yataqxanaya daxil olaraq tələbələri əsir götürüblər. Qaçırılanların əksəriyyəti qızlardır.