Pressa.az » Dünya » Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi

Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi

14 oktyabr 2026, Çərşənbə, 09:45
Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi

ABŞ-də federal hakim Tim Kelli Donald Tramp administrasiyasının CNN, MS NOW və “Politico” nəşrinin Ağ Evə girişinə qoyduğu qadağanın söz və mətbuat azadlığını poza biləcəyinə qərar verib.

Liderxeber.az-ın məlumatına görə, hakim məhkəmə prosesi başa çatanadək həmin media qurumlarının Ağ Evə girişinə icazə verilməsini tələb edib.

Kellinin fikrincə, qadağa prezidentin bəyənmədiyi xəbərlərə görə media qurumlarına qarşı qisas xarakteri daşıya bilər. O, administrasiyanın milli təhlükəsizlik arqumentini dəstəkləyən kifayət qədər sübutun olmadığını bildirib.

Tramp sentyabrın 18-də qadağanı media qurumlarının xəbərlərini “mənfi” və “birtərəfli” hesab etməsi ilə əsaslandırıb. Ədliyyə Nazirliyi isə İran müharibəsi, Ağ Evin Şərq qanadındakı tikinti işləri və Respublikaçılar Partiyasının qurultayı ilə bağlı xəbərləri misal gətirib.

Məhkəmə dinləməsində hökumətin əsaslandırmalarındakı ziddiyyətlər də müzakirə olunub. Media qurumlarının vəkili Ted Butrous kiçik qadağanın subyektiv və özbaşına olduğunu müdafiə edib.

Trampın ilk prezidentlik dövründə hakim vəzifəsinə təyin etdiyi Kelli əvvəlki qərarı ilə də media qurumlarının ləğv edilmiş akkreditasiyalarının bərpasını tələb etmişdi. Administrasiya son qərardan apellyasiya şikayəti verə bilər.